Millinin futbolçusu qəzaya uğradı
01 avqust 2018 16:50 (UTC +04:00)

Millinin futbolçusu qəzaya uğradı

 
Rusiya millisinin futbolçusu Fyodor Smolov xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Krasnodar” klubunda çıxış edən hücumçunun sahibi olduğu “BMW M5 First Edition” qəzaya uğrayıb.
 
Dəyəri 9 milyon rubldan (təxminən 245 min manat) az olmayan bu avtomobil ötən gecə yüksək sürətlə hərəkət edərək yoldan çıxıb. İki küçənin kəsişməsində baş verən hadisə zamanı Smolovun maşını yol kənarındakı maneənin bir neçə metrini dağıdıb. Nəticədə avtomobil aşıb.
# 427
avatar

Oxşar yazılar