Tomas Tuxelin PSJ-dəki qazancı açıqlandı
30 iyul 2018 20:48 (UTC +04:00)

Tomas Tuxelin PSJ-dəki qazancı açıqlandı

PSJ-nin baş məşqçisi Tomas Tuxelin müqaviləsinin detalları məlum olub. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, alman mütəxəssis yeni iş yerində vergiləri çıxmaqla, ilinə 5,04 milyon avro (aylıq 420 min avro) qazanacaq.

 

 2017-18 mövsümünün ardından istefaya göndərilən sabiq baş məşqçi Unay Emeri ilə Tuxelin məvacibi arasında elə də böyük fərqin olmaması diqqət çəkib.

 

Qeyd edək ki, Karlo Ançelotti Paris klubunu çalışdırarkən ay başına 500 min avro qazanırdı, Loran Blanın əmək haqqısı isə aylıq 700 min avro idi.

 

# 440
avatar

Oxşar yazılar