İsveçdə meşə yanğınına bombalı müdaxilə<span style="color:red;"> - VİDEO
27 iyul 2018 17:49 (UTC +04:00)

İsveçdə meşə yanğınına bombalı müdaxilə - VİDEO

İsveçdə meşə yanğınlarının qarşısını almaq üçün qeyri-adi formada müdaxilə edilib. Daha doğrusu, yanğınları söndürmək üçün maraqlı üsuldan istifadə olunub. Lent.az isvecgundemi.com-a istinadən bildirir ki, şiddətli meşə yanğınlarını söndürmək üçün İsveç hərbi hava qüvvələrinə məxsus JAS-39 Gripen döyüş təyyarələri hərəkətə keçib. Təyyarələr Arvdalen qəsəbəsi yaxınlarında yanğınsöndürənlərin müdaxilə edə bilmədiyi bölgələrə lazerlə idarə olunan 12- GBU- 49 tipli bomba atıblar.

 

Nəticədə 3 min metr yüksəklikdən atılan bomba yanğının alovlanmasına səbəb olan oksigeni sıxışdırıb. Okigensizləşmədən sonra ərazidə yanğın tez bir zamanda sönüb. İsveç Müdafiə Nazirliyinin sözçüsü Anders Persson bu cür ideyanın ilk dəfə sınaqdan keçirildiyini və uğurlu olduğunu dilə gətirib. O, bundan sonrakı meşə yanğınlarında da yeni üsuldan istifadə olunacağını istisna etməyib.  

# 359
avatar

Tural TURAN

Oxşar yazılar