<span style="color:red;">Yunanıstanda dəhşət:  yanğından qurtuldular, suda boğuldular <span style="color:red;">- FOTOLAR
25 iyul 2018 10:46 (UTC +04:00)

Yunanıstanda dəhşət: yanğından qurtuldular, suda boğuldular - FOTOLAR

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 75-ə yüksəlib. Ölənlərin əksəriyyəti meşə yanğınlarından canlarını qurtarmaq üçün özlərini dənizə atanlardır. Lent.az Türkiyə mediasına istinadla bildirir ki, yanğınlardan canlarını qurtarmaq istəyən yerli əhali və turistlərin çoxu dənizdə boğularaq ölüb. Bu barədə məlumatı yunan mediası yayıb. Yayılan məlumata görə, yaşamaq üçün özlərini dənizə atan sakinlər alovlardan özlərini qorumaq üçün dənizin dərinliklərinə qədər gediblər.

Lakin üzə bilməyənlərdən və taqətdən düşənlərdən 25-ə yaxını alov çəkiləndən sonra geri qayıda bilməyib.  

Qeyd olunur ki, hazırda dalğıclar cəsədlərin sudan çıxarılması üçün geniş axtarış-xilasetmə başlayıb.

 

# 347
avatar

Tural TURAN

Oxşar yazılar