<b>“Bomj”ların üstünə benzin töküb yandırdılar </b>- <span style="color:red;">Avropanın mərkəzində tükürpədici olay
24 iyul 2018 11:16 (UTC +04:00)

“Bomj”ların üstünə benzin töküb yandırdılar - Avropanın mərkəzində tükürpədici olay

 

Almaniyanın paytaxtı Berlində qan donduran hadisə baş verib. Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2 evsiz naməlum radikal qrupların hədəfinə tuş gəlib. Onlar “cəmiyyətə lazımsız” şəxslərin üzərinə benzin tökərək yandırıblar.


Yerli sakinlər skamyaların üzərində yatarkən üzərlərinə benzin tökülərək yandırılan şəxslərin harayına yetib. Buna baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərinin isə komada olduğu bildirilir.

Baş verən hadisə alman mediasında qınağa və kəskin etirazlara səbəb olub.

Polis həmin radikal qrupların axtarışına başlayıb. Yandırılan şəxslərin miqrant olduğu vurğulanır.

 

# 341
avatar

Tural TURAN

Oxşar yazılar