Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırdı
18 iyul 2018 06:37 (UTC +04:00)

Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırdı

Avropanın miqrasiya siyasəti fəlakətdir.

 

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

 

“Mən Avropa İttifaqının nümayəndələrinə deyirdim – sizin miqrasiya siyasətiniz fəlakətdir, siz Avropanı dağıdırsınız, mədəniyyətinizi məhv edirsiniz. Həmin regionlarda cinayətkarlıq artır, siz buna qarşı nə isə etməlisiniz. Deyirdim ki, yalnız rəqəmlərə nəzər yetirin”, deyə D.Tramp qeyd edib.

 

Bundan əvvəl ABŞ prezidenti özünün “Twitter” səhifəsində yazıb ki,  miqrantları qəbul etdikdən sonra Almaniyada cinayətkarlıq 10% artıb.

 

# 279
avatar

Oxşar yazılar