11 maşın toqquşdu: 8 ölü, 64 yaralı
17 iyul 2018 02:25 (UTC +04:00)

11 maşın toqquşdu: 8 ölü, 64 yaralı

Braziliyada 11 avtomobilin toqquşması nəticəsində azı 8 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Minas-Jerays ştatında magistral yolda baş verib. Məlumata görə, qəza zamanı 5 minik, 5 yük avtomobili və 1 avtobus toqquşub. Qəzadan sonra hadisə yerində yanğın baş verib.   

 

Son məlumata görə, qəza nəticəsində 64 nəfər xəsarət alıb. Ölənlərdən dördü diri-diri yanıb.

 

Yolda hər iki istiqamətdə hərəkət dayandırılıb.

 

Ölənlərin sayının artacağı istisna edilmir.

 

# 365
avatar

Oxşar yazılar