2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək
13 iyul 2018 17:42 (UTC +04:00)

2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək

2022-də ildə Qətərdə baş tutacaq futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib. O, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib: "Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qətərdə futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur". 

# 646
avatar

APA Baycan

Oxşar yazılar