<span style="color:red;">Braziliyada itki : Mundial onun üçün bitdi
06 iyul 2018 18:34 (UTC +04:00)

Braziliyada itki: Mundial onun üçün bitdi

 

Braziliya millisinin sağ cinah müdafiəçisi Danilo dünya çempionatının geridə qalan hissəsini qaçıracaq. Apasport.az-ın “pentakampeonlar”ın rəsmi saytına istinadən məlumatına görə, komandanın cümə axşamı Kazanda keçirilən məşqi zamanı 27 yaşlı futbolçu sol topuq bağlarından zədə alıb.
 
 
 
Braziliya yığmasının həkimi Rodriqo Lasmar aparılan yoxlamalar nəticəsində Danilonun zədəsinin ciddi olduğunun ortaya çıxdığını bildirib. Onun sözlərinə görə, müdafiəçinin dünya çempionatı müddəti ərzində bərpa prosesini keçib, meydanlara qayıtması mümkünsüzdü.
 
 
 
Buna baxmayaraq, Danilo millinin Rusiyadakı düşərgəsini tərk etməyəcək və çempionatın sonuna kimi komanda yoldaşlarının yanında olacaq.
# 289
avatar

Oxşar yazılar