“Sportinq”in futbolçusu “Qarabağ”la anlaşdı
04 iyul 2018 19:11 (UTC +04:00)

“Sportinq”in futbolçusu “Qarabağ”la anlaşdı

 

Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev karyerasını “Qarabağ”da davam etdirəcək. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliyanın zerozero.pt saytı yayıb.

 

Bildirilir ki, “Sportinq”in futbolçusu artıq Portuqaliya klubunun düşərgəsini tərk edib. 25 yaşlı oyunçu Lissabon təmsilçisində mövsümöncəsi tibbi müayinədən keçməsinə baxmayaraq, ondan bəri məşqlərdə görünmür. Slavçevin “Qarabağ”la anlaşdığı və Azərbaycan çempionu ilə müqavilə bağlayacağı vurğulanıb.

 

2014-cü ildən “Sportinq”ə məxsus olan “Liteks”in yetirməsi 2015-2016-cı illərdə müvafiq olaraq “Bolton”, “Apollon” və “Lexiya” klublarında icarə əsasında çıxış edib. Lissabonlularla gələn ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, onun bu dəfə klubu birdəfəlik tərk etməsi gözlənilir.

# 247
avatar

Oxşar yazılar