[b]Tramp miqrantları məhkəməsiz deportasiya etməyə çağırdı [/b]
01 iyul 2018 06:35 (UTC +04:00)

[b]Tramp miqrantları məhkəməsiz deportasiya etməyə çağırdı [/b]

 

“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində bildirib.  

 

“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, - deyə Tramp qeyd edib.  

 

Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

 

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.  

 

# 335
avatar

Oxşar yazılar