[b]Aksiyada partlayış: 156 yaralı [/b]
24 iyun 2018 01:49 (UTC +04:00)

[b]Aksiyada partlayış: 156 yaralı [/b]

 

 

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə törədilən partlayış nəticəsində xəsarət alanların sayı 156 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Efiopiya Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, yaralananlardan 8 nəfərin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, partlayış yeni baş nazir Abiy Əhmədə dəstək mitinqində törədilib. Baş nazirin də iştirak etdiyi aksiyada naməlum şəxs kütləyə qumbara atıb.

 

# 295
avatar

Oxşar yazılar