DÇ-2018: 7 futbolçu Nigeriyaya lazım olmadı
03 iyun 2018 18:56 (UTC +04:00)

DÇ-2018: 7 futbolçu Nigeriyaya lazım olmadı

Nigeriya yığması DÇ-2018 üçün yekun heyəti açıqlayıb. Apasport.az Nigeriya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığa 30 futbolçu ilə start versə də, onlardan 7-si Rusiyaya aparılmayacaq.

 

Mundiala 3 nəfər qapıçı olmaq şərtilə 23 oyunçu yollanacaq.

 

 

Qapıçılar: İkeçukvu (“Enimba”), Uzoxo (“Deportivo”), Akpeyi (“Çippa Yunayted”)

 

Müdafiəçilər: Şeku (“Bursaspor”), Ebuexi (“ADO Den Haaq”), Eçicile (“Serkl Brügge”), İdovu (“Amkar”), Avazyem Kollins (“Nant”), Trost-Ekonq (“Bursaspor”), Baloqun (“Maynts”), Omeru (“Kasımpaşa”)

 

Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tyançin Teda”), Onazi (“Trabzonspor”), Ndidi (“Lester”), Etebo (“Las Palmas”), Oqu (“Hapoel”, Bierşava), Coel Obi (“Torino”)

 

Hücumçular: Musa, İhenaçço (hər ikisi “Lester”), Mozes (“Çelsi”), İqalo (“Çançun Yatay”), Ayobi (“Arsenal”), Nvankvo (“Krotone”)

 

Qeyd edək ki, Nigeriya yığması DÇ-2018-də İslandiya, Argentina və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

# 408
avatar

ApaSport TV

Oxşar yazılar