Dünyanın ən yaxşı məşqçisi
31 may 2018 22:00 (UTC +04:00)

Dünyanın ən yaxşı məşqçisi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp dünyanın ən yaxşı çalışdırıcısı seçilib. Apasport.az saytının məlumatına görə, mütəxəssis Almaniya Bundesliqasında çıxış edən futbolçular arasında keçirilən sorğunun qalibi olub.
 
 
 
18 klubdan 248 oyunçunun qatıldığı sorğuda Klopp səslərin 35,7 faiz toplayıb. Almaniyalı mütəxəssis “Mançester Siti”nin ispan çalışdırıcısı Pep Qvardiolanı arxada qoyub. Sonuncu 31,1 faiz səs yığıb.
 
 
 
Qeyd edək ki,  Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir.
# 315
avatar

Oxşar yazılar