<b>Nadirdən Röyaya cavab gəldi: <span style="color:red;">"Oğluna müğənni qız almayacaq"</b>
29 may 2018 11:24 (UTC +04:00)

Nadirdən Röyaya cavab gəldi: "Oğluna müğənni qız almayacaq"

Ötən həftə əməkdar artist Röya Ayxanın Nadir Qafarzadə haqqında dediyi sözlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, N.Qafarzadə “Xəzər maqazin”ə açıqlama verərək Röyanın cavabını bu şəkildə verib:“Mənim subyektiv fikirlərim var və buna hörmətlə yanaşmalıdırlar. Röyanın özü bilir ki, həyatda belə şeylər var. Onun adını çəkməmişəm, amma bir çoxları sponsor vasitəsilə sənətdə olublar, danmaq olmaz.

Biz kimi aldadırıq? Tamaşaçı hər şeyi yaxşı bilir. Bu məsələnin kökü uzun müddət əvvələ dayanır. Dırnaqarası sponsorlar var. Nə qədər ki, sənət var, belə də davam edəcək. Mən istəmərəm ki, gəlinim müğənni olsun. Elə düşünürəm ki, Röya da oğluna müğənni qız almayacaq. Çünki o, istəməz ki, öz çəkdiklərini oğlu və gəlini çəksin".  

 

Qeyd edək ki, Röya açıqlamasında Nadirin “Oğluma müğənni qız almaram” fikrinə sərt reaksiya vermişdi: 

“İnciməsinlər, insanlar Rəqsanənin (Rəqsanə İsmayilova), yoxsa Nadirin (Nadir Qafarzadə) sözləri ilə belə nəticəyə gəliblər? Hərənin öz yeri var. Bizim sənəti yerə vurmasınlar. Deməli, mən pis təkliflərə görə Röya olmuşam? Gic-gic danışırlar”. 

# 468
avatar

Yalçın UĞUR

Oxşar yazılar