<b>Günel Türkiyədə iş görən müğənnilərimizi ələ saldı: <span style="color:red;">“Tanınmırlar”</b>
16 may 2018 14:41 (UTC +04:00)

Günel Türkiyədə iş görən müğənnilərimizi ələ saldı: “Tanınmırlar”

Şou-biznesdə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova qalmaqala səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, hazırkı dövrdə Türkiyədə azərbaycanlı müğənnilərdən yalnız xalq artisti Zeynəb Xanlarova, Azəri Günel Zeynalovanı tanıyırlar:

 

 

 

“İstəməzdim ki, məni Türkiyədə tanısınlar. Orda pul qazanmaq olmur. Çünki elə bir şey olsaydı, onlar Azərbaycana axın etməzdilər. Elə nə varsa, bizdə var. Çox təəssüflər olsun ki, o pullar bizim burnumuzun ucundan gəlib keçir, aparırlar. Bəzi insanlar var ki, öz müğənnilərimizə qarşı xəsislik edirlər. Türkiyədən gələn müğənniyə külli miqdarda pul verirlər, azərbaycanlıya yox.

 

Türkiyədə bizim müğənnilərdən yalnız Zeynəb Xanlarova və Azəri Günel tanınır. Mən Günel Ələkbərova olaraq bunu düşünürəm və təsdiqləyirəm. Sözümün də arxasındayam. Bu mənim öz fikrimdir, gördüyümü deyirəm. Türkiyəyə gedib bir ətək pul töküb klip çəkdirirlər. Elə o pulu özün üçün Azərbaycanda ye də. Azəri Günel Türkiyədə borca-xərcə girib öz cibindən nəsə etməyib. Yəni bəhsə-bəhs klip çəkdirməyib ki, onu orada tanısınlar. O yalnız öz səsi, sənəti ilə sevilib. Onu Türkiyədə hamı tanıyır”.

 

 

 

İfaçı onu da bildirib ki, bu açıqlamasına görə qalmaqala düşməkdən qorxmur: “Bu açıqlamamdan çəkinmirəm. Mən olanı deyirəm. Bizim Türkiyədə başqa tanınan müğənnimiz var ki? Varsa, deyin bilim”.

 

 

 

G.Ələkbərovanın sözlərinə eyni zamanda əməkdar artist Səlim Abbasov da qoşulub. O müğənnin dediklərini təsdiqləyib: “Mən Türkiyədə olanda dəfələrlə görmüşəm ki, Zeynəb xanımı izləməyə nə qədər insan gəlib. Digər müğənnilərin də orda tanınmasını istərdim. Amma reallıqdan danışaq, tanınmırlar. Çünki Türklər özlərininkini qoyub, bizim müğənnilərə önəm verməzlər. Bu yaxınlarda Üzeyir Mehdizadənin də orda konserti oldu, hansısa kütlə ona reaksiya verdi. Ona qalsa mən bir neçə ölkələrdə konsert vermişəm. Mərakeşdə, Cənubi Koreyada və məni o ölkələrin çoxu tanıyar. İndi Röya, Aygün, İradə Türkiyədə nəsə etməyə cəhd göstərirlər. Amma dərinə gedəndə onları da tanımırlar”.

 

 

 

Qeyd edək ki, eyni fikri ötən ay “Show time” verilişində qonaq olan müğənni Elariz Məmmədoğlu da söyləmişdi. O bildirmişdi ki, xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan daxil olmaqla Türkiyədə heç bir müğənnimizi tanımırlar. E.Məmmədoğlunun bu sözlərinə R.Ayxan öz etirazını bildirmişdi.

 

 

# 464
avatar

Yalçın UĞUR

Oxşar yazılar