<b>Nazpəri gənc müğənnilərə<span style="color:red;"> SƏSLƏNDİ  –  <span style="color:red;">VİDEO</b>
02 may 2018 12:59 (UTC +04:00)

Nazpəri gənc müğənnilərə SƏSLƏNDİ VİDEO

 

Xalq artisti Nazpəri Dostəliyeva şou-biznesdə olan gənc müğənnilərə tövsiyə verib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xalq artisti sənət dünyasında “Mənəm-mənəmlik” edən müğənnilərə səslənib.

 

“İndi sənət dünyasının bir bəlası var. Mənəm-mənəmlik. Kim o bəlaya düçar olursa, onun sənətdə atdığı addımların sonu pis olur. Nə qədər özündən razı olsa, bir müddət ondan qazanc əldə edən əhatəsi onu dəstəkləyəcək. Bu da həmin müğənnini aşırıma aparacaq. Bir də gözün açacaq ki, o qədər də qazanc əldə edə bilmir,  o zaman da ətrafında olan insanlar da artıq əhatələrində olmayacaq. Mənim bir ana, böyük kimi bu sənətdə olan gənc müğənnilərə tövsiyəm var. Tövsiyəm odur ki, meyvə nə qədər bar verirsə, başını aşağı salır. Bu həyatın qoyduğu qanun, faktdır. Nə qədər şöhrət qazansanız, işlərinizin qarşılığında böyük mükafatlar görsəniz, bacarın ki, başınızı aşağı salasınız. Böyüklərə hörmət edin, kiçikləri sevin. Sənətinizi sevin, yalnız pulu sevib, pul arxasınca qaçmayın. Elə edin ki, pul sizin arxanızca qaçsın. Onda varlı olarsınız. Pul arxasınca qaçsanız, elə pulu da tez itirəcəksiniz. İllərdir, mən bunları seyr etmişəm. Kim başın daima yuxarıda tutubsa, onların yaradıcılıqları məhv olub, gördüyü işlər də səviyyəsiz olub. Səhv addımın səhvə doğru yolu var. Həyatda doğru olan hər şey bir az gec olur. Doğru olan nə varsa, haqq öz yerini tapır”.

 

N.Dostəliyeva gənc müğənnilərin nədən özlərindən razı olmalarının səbəbini də açıqlayıb: “Sadəcə, onlar gəncdirlər, bir neçə adamın onlara dediyi pafoslu təriflər onları özlərindən çıxardır. Bəzən efirdə bəzi müğənnilər deyirlər ki, Azərbaycan kanallarına baxmırıq. Amma mən baxıram. Mən də laqeyd olsaydım, baxmazdım. Azərbaycanlı olduğum üçün efirlərə baxmaya bilmirəm. Baxan zaman görürəm ki, bəzi gənc müğənnilər pafoslu çıxışları ilə  özlərini göyün 7-ci qatında hiss edirlər. Amma onların mənə hörməti var. Mən heç bir zaman onlara kobud nəsə demərəm. Amma bir böyük kimi onlara tövsiyə verirəm. Bunu bir ana, sənətkar, uzun illər sənətdə bir çox-çox şeyləri görmüş insan kimi deyirəm. Boş, yalançı pafoslara uymayın. Nə qədər bacarırsız, iş görün. Böyüyə kiçiyə hörmət edin, sənətkarların tövsiyələrini qulağınızda hər zaman sırğa edin”.

 

 

 

 

 

 

# 243
avatar

Yalçın UĞUR

Oxşar yazılar