Rusiyada Azərbaycan xalçaları satılacaq
31 avqust 2017 15:10 (UTC +04:00)

Rusiyada Azərbaycan xalçaları satılacaq

Rusiyanın Yekaterinburq şəhərinin Pionerskoye qəsəbəsində “Baku Plaza” adlı ticərət mərkəzi açılacaq. Lent.az-ın məlumatına görə, Rusiyada ilk dəfə bu mərkəzdə Azərbaycan xalçalarının satış-sərgisi həyat keçiriləcək.

Məlumata görə, “Baku Plaza”da bir çox məhsulların satışı, habelə “Azərbaycan xalçaları” sərgi zalı fəaliyyət göstərəcək. Məişət evinin açan azərbaycanlı iş adamının adı əvvəlcə bilinməsə də, Lent.az həmin şəxsin adına aydınlıq gətirib. Bu yerli Azərbaycan diasporunun sədri Şahin Şıxlıinskidir.

Məlumata görə, “Baku Plaza”da 100-dən çox adam işlə təmin ediləcək.

 

# 231
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar