O respublikada 600 sayt bağlandı - İŞİD-ə GÖRƏ
07 dekabr 2016 11:07 (UTC +04:00)

O respublikada 600 sayt bağlandı - İŞİD-ə GÖRƏ

Dağıstanda 600 saytın girişinə qadağa qoyulub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Dağıstan prokurorluğunun rəsmisi Ramazan Şaxnavazov bildirib. Şaxnavazovun bildirdiyinə görə, 485 sayt İŞİD-in təbliğatını aparırmış. Yerdə qalan saytlar isə ekstremizmi və terrorçuluğu təbliğ edirmiş.

Məlumata görə, yaxın günlərdə daha 250 saytın girişinə məhdudiyyətlər qoyulacağı bildirilir.

# 238
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar