Polis ailəsini öldürdü, sonra evi yandıraraq intihar etdi
12 fevral 2016 06:58 (UTC +04:00)

Polis ailəsini öldürdü, sonra evi yandıraraq intihar etdi

ABŞ-ın Nyu-York ştatında polis əməkdaşı həyat yoldaşını və oğlunu qətlə yetirib. Bundan sonra o, evə od vuraraq, intihar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Koloni şəhərində yaşayan İzrael Roman adlı polis əməkdaşının evində faciə fevralın 11-nə keçən gecə baş verib. Ailənin böyük oğlu basketbol yarışında olduğundan sağ qalıb.      

 

Məlumata görə, Roman 12 il polis orqanlarında xidmət edib. İnsidentin səbəbləri barədə hələlik məlumat verilmir.  

# 197
avatar

Oxşar yazılar