Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 5-də Sabunçu qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində qəsəbə sakini Hafiz Əliyevə bıçaqla xəsarət yetirmişdir. H.Əliyev xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Səid Məmmədov tutulub.
Araşdırma aparılır.