Röya Moskvaya kimin yanına gedir?
16 yanvar 2014 14:30 (UTC +04:00)

Röya Moskvaya kimin yanına gedir?

Estrada ulduzu Röya Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır. Konsert üç gün planlaşdırılsa da tələbat olduğuna görə bir gün də əlavə edilib.

Röyanın prodüseri Kənan Bayramovun Lent.az-a verdiyi məlumata görə, konsert günlərinin dəqiq tarixi artıq bəllidir. Müğənni bu ayın 28, 29, 30 və 31-də tamaşaçıların qarşısına çıxacaq: “Konsertin biletləri çox sürətlə satıldı. İndi demək olar ki, əlavə edilən günə belə bilet qalmayıb”.

Kənan konsertlə bağlı daha bir yenilikdən danışıb: “Konsertdə ən azı 3 yeni mahnı səslənəcək. O mahnıların hit olacağına Röya da inanır”.

Onu da əlavə edək ki,  hər gün ciddi məşq edən Röya yaxınlarda Moskvaya gedəcək və burada hər konsertdə onu müşayiət edən “Rush style” rəqs qrupu ilə görüşəcək. Məlum olduğu kimi Röya ilə səhnəyə bu dəfə də  həmin qrup çıxacaq.

Qeyd ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi “Mənəm” adlı konsertdə bir-birindən maraqlı canlı ifalar səslənəcək.

 

 

 

# 2700
avatar

Türkan Məmmədli

Oxşar yazılar