Teatr işçiləri təlim keçdi
15 fevral 2013 18:48 (UTC +04:00)

Teatr işçiləri təlim keçdi

Dövlət Gənc Tamaşaçılar Teatrında British Council və Mədəniyyət və Turizm Nazirliyinin mədəni əməkdaşlığı çərçivəsində həyata keçirilən  “Teatr əməkdaşlığı” layihəsi yekunlaşıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrlarını əhatə edən layihə iki mərhələdə baş tutub. 4-6 fevral tarixlərində start götürən birinci təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən Azərbaycanın müxtəlif teatrlarının işıqlandırma dizaynerləri üçün keçirilib.  

 

Layihə çərçivəsində ikinci təlim peşəkar teatr rejissoru Yan Vilyem Van Den Boh tərəfindən fevralın 11-dən 15-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyor, rejissor, dramaturq və teatrşünasları üçün keçirilib.

 

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd  bir qrup gənc aktyor və texniki heyətin (işıq, səs) bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.

 

Sözügedən layihənin davamı olaraq Böyük Britaniyalı rejissor bu ilin oktyabr ayında  və gələn ilin fevral ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppası ilə iki yeni tamaşa üzərində yaradıcılıq işinə başlayacaq.

# 750
avatar

Oxşar yazılar