Gülər Əhmədovanın səhhəti pisləşib
15 fevral 2013 17:49 (UTC +04:00)

Gülər Əhmədovanın səhhəti pisləşib

Gülər Əhmədovanın səhhəti daha da pisləşib. Bu barədə Lent.az-a həbs olunmuş sabiq deputatın vəkili Eldar Qədimi bildirib. Vəkil qeyd edib ki, bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova ilə görüşüb: “Onun səhhətində əvvəldən də problemlər var idi. İndi vəziyyəti daha da pisləşib. Ürəyi ağrıyır, təzyiqi var. İndi də ağciyərin genişlənməsi diaqnozu qoyulub. Saxlanma şəraiti isə normaldır”.

 

E. Qədimi onu da bildirib ki, G. Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə elan olunmuş ittihamdan və onun həbsdə saxlanılması qərarından məhkəməyə vəsatət vermək fikirləri var.

 

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G.Əhmədova barəsində Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Hazırda istintaq davam etdirilir.

# 8017
avatar

Oxşar yazılar