Kolleclərə qəbul imtahanı avqusta keçiriləcək
15 fevral 2013 12:59 (UTC +04:00)

Kolleclərə qəbul imtahanı avqusta keçiriləcək

“Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu iyulun 17-dən avqustun 15-dək, kolleclərə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanı avqustun 5-dən avqustun 13-dək, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək”.

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə qeyd edib ki, orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 9-dan sentyabrın 12-dək baş tutacaq.
“Rezidenturaya sınaq imtahanı 17-18 avqustda, sənəd qəbulu 14-23 avqust, qəbul imtahanı 9-10 sentyabrda keçiriləcək”-deyə, TQDK sədri əlavə edib.

 

# 1263
avatar

Oxşar yazılar