Ermənilər mövqelərimizi atəşə tutub
15 fevral 2013 10:18 (UTC +04:00)

Ermənilər mövqelərimizi atəşə tutub

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı və Şuraabad kəndləri yaxınlığında, Füzuli, Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

# 408
avatar

Oxşar yazılar