Berluskoni xarici ticarətdə rüşvəti vacib sayır
14 fevral 2013 23:13 (UTC +04:00)

Berluskoni xarici ticarətdə rüşvəti vacib sayır

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkəsindəki aparıcı şirkətin müdafiəsinə qalxıb. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, İtaliyanın məhkəmə orqanları «Finmeccanica» adlı şirkəti beynəlxalq müqavilələrin bağlanması zamanı rüşvətdən istifadədə ittiham edib.

 

Müəssisənin başçısı Cüzeppe Orsi 2010-cu ildə İtaliyanın «Agusta Westland» şirkətində istehsal olunan 12 vertolyotun satılması ilə bağlı  Hindistan hakimiyyətinə 556 milyon avro rüşvət verməkdə suçlu bilinir.

 

İstintaqın qənaətincə, «Finmeccanica» 51 milyon avro həcmində rüşvət verib.

 

Keçmiş hökumət  başçısı «Rai» dövlət televiziyası ilə çıxışında xarici ticarətdə rüşvətin vacibliyini etiraf edib:«Rüşvət yeri olan fenomen hadisədir. «Üçüncü dünya» dövlətləri və bir sıra rejimlərlə danışıqlar apararkən bu vacibdir».

 

«Hindistan qərbdə yerləşmir.Odur ki, bu məsələdə mənəvi söhbət cəfəngiyyatdır»-deyə, Berluskoni bildirib. O, məhkəmə orqanlarını kəskin tənqid edərək, belə korrupsiya olayının ölkəsinə və onun iqtisadiyyatına ciddi zərbə vuracağını söyləyib: «Heç kəs bizimlə danışıqlar aparmayacaq. Söhbət təmiz mazoxizmdən gedir. Biz komision haqqı vermək istəmirik. Onda evdə oturmalıyıq. Əgər bazardayıqsa, o zaman onun qaydalarına uyğun fəaliyyət göstərməliyik. Mən onların yaxşı olduğunu demirəm. Ancaq rəqabətə davamlı olmaq üçün bu vacibdir».

 

# 535
avatar

Oxşar yazılar