Birandın oğlu: “Atam reanimasiya şöbəsindədir”
17 yanvar 2013 12:58 (UTC +04:00)

Birandın oğlu: “Atam reanimasiya şöbəsindədir”

“Atam hələ xəstəxananın reanimasiya şöbəsindədir, sağalması üçün dua edirik”.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün beyin ölümünün gerçəkləşdiyi barədə məlumat yayılan Türkiyənin məşhur teleaparıcısı, “Kanal D” telekanalının xəbər proqramının rəhbəri Mehmet Ali Birandın oğlu Umur Birand atasının “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Qeyd edək ki, az öncə Türkiyə mətbuatı Mehmet Ali Birandın beyin ölümünün gerçəkləşdiyi barədə məlumat yayıb. 72 yaşlı Mehmet Ali Birand dünən İstanbuldakı Amerika Xəstəxanasında öd kisəsindəki stendin dəyişdirilməsi üçün əməliyyat olunub.  Mehmet Ali Birand əməliyyat zamanı ürəyinin dayandığı və həkimlərin səyi ilə yenidən həyata qaytarıldığı məlum olmuşdu...

 

 

# 2389
avatar

Oxşar yazılar