Qvardiola «Bavariya» ilə anlaşıb
17 yanvar 2013 04:18 (UTC +04:00)

Qvardiola «Bavariya» ilə anlaşıb

İspaniyanın «Barselona» futbol klubunun keçmiş baş məşqçisi Xosep Qvardiola bu ilin yaından Münhenin «Bavariya» klubunu çalışdıracaq.

 

Lent.az-ın məlmutanı əsasən, 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 2016-cı ilin inyunadək onun Almaniya klubuna başçılq edəcəyi nəzərdə tutulub.

 

O, bu postda almaniyalı mütəxəssis Yuppa Hanykesi əvəzləyəcək.

Qvardiola isə 2012-ci ilin mayında «Barselona»nı tərk edib. O, kataloniyalıları iki dəfə çempionlar liqasının qalibi edib.

 

«Pep Qvardiola dünyanın ən uğurlu məşqçilərindəndir.biz əminik ki, o, yalnız «Bavariya»nı deyil, bütünlükdə Almaniya futbolunu parladacaq»-deyə, klub idarə heyətinin sədri Karl –Haynts Rummenigge söyləyib.

 

# 740
avatar

Oxşar yazılar