3 yaşlı qızı zorlayana ölüm hökmü
17 yanvar 2013 03:50 (UTC +04:00)

3 yaşlı qızı zorlayana ölüm hökmü

Yanvarın 16-da Nyu-Dehli məhkəməsi üç yaşlı qızı zorlayan barəsində ölüm hökmü çıxarıb.

Lent.az-ın «Rosbalt»-a istinadən məlumatına görə, 56 yaşlı Bharat Sinqh 2011-ci ilin aprelində yolu azmış üçyaşlı qız uşağını zorlayıb. Bu vəhşilikdən sonra uşaq ölüb.

Məhkəmənin qərarında bildirilib:«Bu sayaq adamlar cəmiyyət üçün son dərəcə təhlükəlidir. Belələrinin yaşamağa, gəzməyə haqqı yoxdur».

Edam hökmünün icrası vaxtı barədə məlumat yayılmayıb.

Xatırladaq ki, ötən ilin dekabrında 23 yaşlı Coti Sinqh adlı qız da zorlanaraq, qətlə yetirilib. Bu cinayətlə bağlı Hindistanda kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar cinayətkarların edamını tələb edib.

 

# 2533
avatar

Oxşar yazılar