Lent.az “Kurtlar Vadisi”nin “qansız”ını Şirincədə yaxaladı
21 dekabr 2012 17:49 (UTC +04:00)

Lent.az “Kurtlar Vadisi”nin “qansız”ını Şirincədə yaxaladı

“Qiyamət Günü” Türkiyənin məşhur Şirincə kəndinə təşrif buyuranlar sırasında tanınmış şəxslər də var.

 

Lent.az-ın Şirincəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onların arasında “Kurtlar Vadisi-Pusu” teleserialında Ərsoy Ulubəy obrazını canlandıran aktyor Ümit Acar da var.

 

Teleserialda hələ də yaddaşlardan silinməyən ən amansız, qansız obrazlardan birini canlandırmış Ümit Acar Lent.az-a açıqlamasında deyib ki, Şirincəyə dostu ilə gəlib: “Mən bu kəndə müntəzəm gəlirəm. Bu gün də kəndə Qiyamət Günündən qorxduğuma görə yox, sadəcə, maraqlı bir festivala, teatra baxmağa gəlmişəm. Mən başqa sənətçiləri də bu kənddə gözləyirdim, təəssüf ki, gəlmədilər”.

Şirincə

# 4269
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar