Şirincə səmasında peyda olan kim idi? - HADİSƏ YERİNDƏN
21 dekabr 2012 17:35 (UTC +04:00)

Şirincə səmasında peyda olan kim idi? - HADİSƏ YERİNDƏN

“Şirincədə əqrəblər 15:11-in üstünə yaxınlaşdıqca insanların sifətində bir qorxu, ümidsizlik görünməyə başladı. Amma… Amma gerisi məlum. Buna baxmayaraq, Bakı vaxtıyla saat 15:11-i, “Qiyamət vaxtı”nı adladan insanlar Şirincədən dağılışmaq niyyətində deyillər. Əksinə, kəndə axın-axın insanlar gəlməkdədir. Artıq avtomobillər Səlcuk şəhərinin Şirincəyə doğru çıxacağında saxlanılır, kəndə doğru istiqamət götürməsinə imkan verilmir». Bu barədə lent.az-ın Şirincəyə ezam olunmuş əməkdaşı Səbuhi Məmmədli bildirir.

 

İndi kənddə hamı gecə saat 12-ni, günün sonunu gözləyir. Bu arada kəndə Türkiyənin tanınmış astroloqu Rezan Kılasın gəlməsi insanları bir qədər də əndişələndirib. Hamı astroloq xanımdan nəyinsə baş verib-verməyəcəyini soruşmaq istəyib. Kütlənin sorğularından narahatlıq keçirən xanım mühafizə altında xüsusi kampa aparıldı. Orda isə bir sıra Türkiyə telekanalları ilə canlı yayına qoşuldu.

 

Axşam saat 18-dən isə «Artemis» restoranında Şirincəyə toplaşanlar üçün sonuncu şam yeməyi veriləcək. 120 nəfərlik restoranda boş yer yoxdur. Sonuncu şam yeməyini, «Qiyamət menyüsü»ndən dadmaq istəyənlərin sayı isə yüzlərlədir. Bu səbəbdən qiymətlər fantastik dərəcədə artıb. Amma jurnalistlərə menyüdən dadmaq imkanı yaradıldı.

 

Lent.az-ın müxbiri kimi bizə də bu şans verildi. Bir qədər irəli gedib bildirim ki, yeməklər çox dadsızdır. Hətta adama elə gəlir ki, yeməklərə, ümumiyyətlə, yağ vurulmayıb.

 

KİV nümayəndələri də Şirincəni tərk etmirlər. Çünki kənddə hər yerdə danışırlar ki, bəşəriyyətin son şam yeməyinə Türkiyənin və dünyanın bir sıra ünlü şəxsləri də qatılacaq. Günorta saatlarında göydə helikopterin fırlanması da şayiələrin artmasına səbəb olub.

 

Amma kimlərin gələcəyi, neçə nəfərin restoranda yer bron etməsi hələ müəmma olaraq qalıb.

 

Bütün bunlara isə Bakı vaxtı saat 21 dəqiqələrində aydınlıq gətirəcəyik.

 

Həmin vaxtda və ümumiyyətlə, gün ərzində kənddə daha hansı önəmli hadisələrin baş verməsini isə Azərbaycanda ancaq Lent.az-dan izləyə biləcəksiniz. Odur ki, bizimlə qalın.

 

Şirincə Türkiyə

# 8001
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar