Yol polisi əməkdaşı qətlə yetirildi - VİDEO
20 aprel 2024 16:48 (UTC +04:00)

Yol polisi əməkdaşı qətlə yetirildi - VİDEO

Bu gecə saat 2 radələrində Ukraynanın Vinnitsa vilayətinin Haysinski rayonunda polis qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis əməkdaşları naməlum tünd rəngli avtomobili yoxlamaq üçün saxlayıblar. 

Maşında iki kişi olub. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Nəticədə 20 yaşlı polis həlak olub, digəri isə yaralanıb. Hadisə barədə Ukrayna Milli Polisinə məlumat verilib.

Vinnitsa və Odessa vilayətləri ərazisində polis əməliyyata başlayıb. Əməliyyat nəticəsində cinayətin törədilməsində əli olması ehtimal edilən şəxslər müəyyən edilib. Milli Polisin bütün regional bölmələrinə oriyentasiya göndərilib.

Günorta saatlarında polisin hücum edənləri Sobolevka kəndində saxladığı bildirilib. İlkin məlumata görə, onlar özləri təslim olublar.

# 2646
avatar

Oxşar yazılar