Məşhur olmaq həm də zəngin, dəbdəbəli həyat deməkdir. Amma məşhurların bu həyatı heç də davamlı və güvənilir deyil.
Lent.az xarici KİV-ə istinadən lüks həyatı bir anda bitən dünyaca məşhurları təqdim edir:
Lina Headey
“300 spartalı” və “Game of thrones” kimi məşhur filmlərdə yer alan aktrisanın maddi durumu yaxşı deyil. Boşanma və övladlarının himayəsində məhkəmələri səbəbində bütün sərvətindən oldu. Lena Hedi Hollivudakı evini və lüks maşını satmalı oldu. Məhkəmənin açılamasına görə məşhur aktrisanın hesabında 5 min dollar var.
Mayk Tayson
Məşhur boksçu Taysonu tanımayan yoxdur. Boks yarışlarında dörd yüz milyon dollardan çox gəlir edən idmançı dəbdəbəlli villara sahib idi. Evinin həyətində yırtıcı heyvanlar saxlayıb, partilər verən boksçu 2003-cü ildə 27 milyon dollar borc ilə iflas etdiyini açıqladı. Həyat yoldaşından ayrıldıqdan sonra qalan cuzi miqdarda sərvəti ilə aliment ödəyir.
Pamela Anderson
1990 –ci illərdə məşhur olan Hallivud ulduzunun xərclədiyi məbləğ qazancından çox idi. Malibuda bir milyon dollara villa aldı. Amma evi aldıqdan sonra vergi cəzaları ona çətin günlər yaşatdı. Aktrisa evlərini satıb borclarını ödədikdən sonra ailəsi ilə birgə Los Ancelesda sadə iki mərtəbəli ev kirayələdi.
Britni Spirs
İfaçı 2000-ci ildə mahnıları ilə dünyada uğur qazandı. Amma şöhrət ona həm də stressə “bəxş” etdi. İlk olraq sevgilisi ilə ayrıldı. Daha sonra müğənni zamanını pis vərdişlərə sərf etdi. Psixoloji vəziyyəti normal olmayan Britni ətrafda gördüyü hər şeyi qırırdı. Növbəti illərdə özünü toparlasa da, əvvəlki şöhrətini bərpa edə bilmədi.
Şeyma Subaşı
Türkiyəli prodüsser Acun Ilıcalının 3 cü həyat yoldaşı olan Şeyma Subaşı ən çox müzakirə olunan məşhurlardandı. Acunla evli olan zaman özəl təyyarə ilə səyahət edir, Mayami, Dominikdəki evlərində dincəlirdi. Amma indi econom sinif bilətlərlə kifayətlənir. Qızına görə aldığı aliment bir çox insanın aylıq maaşından yüksək olsa da, əvvəlki həyat şərtlərinə görə çox kasıb yaşayır.