Əksər uşaqlar məktəbə getməyi özləri üçün əzab hesab edir. Amma bu məktəblərdəki qaydaları eşidəndə onlar bəlkə də öz məktəblərini daha çox sevəcəklər.
Lent.az uşaqların getmək istəmədiyi məktəbləri təqdim edir:
Yaponiya
Yaponiyada çox ciddi təhsil sistemi var. Yapon məktəblərində tətil günləri çox azdır. Burada şagirdlərə yay tətilinə cəmi 5 gün icazə verilir. Bəzi məktəblərdə 6 günlük təhsildir və dərsdən sonra şagirdlər verilmiş çətin tapşırıqları hazırlayırlar. Bundan əlavə, yapon məktəblərində təmizlik personalı yoxdu. Şagirdlər özləri məktəb və sinif otaqlarını təmizləyirlər.
Çin
Çində məktəbdə günorta saatlarında şagirdlərə 20-30 dəqiqə yatmağa icazə verilir. Onlar mütləq parta üzərində oturaraq və ya uzanaraq yatmalıdırlar. Bu şəkildə yatmaq insan sağlamlığı üçün ziyandır.
Amerika
Burada bir çox məktəb yeni sistemə keçib. Belə ki, şagirdlərə elektron kart verilir. Bu kartı xüsusi aparata yaxınlaşdırdıqdan sonra sinif otaqlarına daxil olmaq mümkündür. Bununla da, onların davamiyyəti yoxlanılır. Məktəbdən qaçdıqda isə avtomatik valideynlərə övladının dərsdə iştirak etmədiyi xəbəri verilir.
İngiltərə
2010-cu ildən İngiltərədə məktəbdə şəkil çəkdirmək qadağandır. Məktəbin təşkil etdiyi tədbirlərdə, şagirdlərin ilsonu buraxılışında kollektiv şəkil çəkdirmək belə qadağandır. Rəsmilər bunu internetdə uşaqlar üçün yazıla biləcək kobud şərhlərə görə qadağan etdiklərini açıqlayırlar.