Ukraynada Rusiyanın daha bir neçə hərbçisi öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, öldürülən hərbçilərə baxış zamanı onların arasında Çeçenistan rəhbəri Ramzan Kadırovun göndərdiyi çeçen döyüşçülərinin də olduğu müəyyən edilib.