Rusiya ordusuna qarşı Ukrayna ordusu ilə yanaşı mülki vətəndaşlar da bacardıqları qədər mübarizə aparırlar.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə dəfələrlə əliyalın mülki əhalinin rusiyalı hərbçilərin, hətta zirehli texnikanın üzərinə getməsi ilə bağlı videolar yayılıb. Onlar Rusiya ilə müharibədə öz hərbçilərini tək qoymayaraq, əllərindən gələni edirlər. Əliyalın insanların rusiyalı hərbçilərə qarşı mübarizə üsullarından biri də "Molotov kokteyli"ndən istifadədir.
Bu barədə sosial şəbəkələrdə yeni görüntülər paylaşılıb. Bildirilir ki. Mülki əhali yeni icad etdikləri "Molotov kokteyli" ilə 300 məsafəyədək məsafəyə atış edə bilirlər. Bunun üçün hətta sınaq atışları da keçirilib. Ancaq sınaq zamanı zərər verilməsin deyə, butulkalara Motolov kokteyli deyil, su doldurulub.
Bildirilir ki, bu üsulla hətta helikopterləri də vurmaq olar.
Görüntüləri təqdim edirik: