Ukrayna dronları Moskvanı vurdu - VİDEO
01 sentyabr 2024 12:57 (UTC +04:00)

Ukrayna dronları Moskvanı vurdu - VİDEO

Ukrayna dronları Rusiyanın Moskva və Tver vilayətlərindəki obyektlərə hücum edib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, PUA-ların əsas hədəflərindən biri Moskva Neft Emalı Zavodu olub. Zavodun vurulması nəticəsində güclü yanğın başlayıb.

Moskva merinin sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb, neftayırma zavodunun işinə heç bir təhlükə olmayıb.

Bundan başqa, Moskva vilayətində, eləcə də ondan bir neçə kilometr aralıda, Tver vilayətinin Konakovo şəhərində yerləşən elektrik stansiyaları və qazpaylayıcı şəbəkə də hücuma məruz qalıb.

PUA-nın hücumundan sonra yerli elektrik stansiyasının və “KGMO-Konakovo” magistral qaz kəmərinin texnoloji hissəsi olan “Konakovo” qazpaylayıcı şəbəkəsinin yaxınlığında yanğın baş verib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi isə bu gecə Kursk, Bryansk, Voronej, Belqorod, Moskva, Kaluqa, Lipetsk, Tula, Tambov, Smolensk, Oryol, Tver və İvanovo vilayətlərində Ukraynaya məxsus 158 təyyarə tipli pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Oxşar yazılar