"Gəzən Heykəl"
19 may 2022 15:17 (UTC +04:00)

"Gəzən Heykəl"

"Torqovı"da "gəzən heykəl"i sillələyən kişi AXTARIŞA VERİLDİ - YENİLƏNİB

“Gəzən heykəl”ə sillə vuran şəxs axtarışdadır.

Bu barədə Lent.az-a “gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib. 

O, hadisənin təfərrüatlarını belə nəql edib:

“Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim.

Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.

***

saat 13:58

Bakının Nizami küçəsində heykəl adama qarşı zor tətbiq edilib. 

Lent.az xəbər verir ki, hadisə "Xəqani" Ticarət Mərkəzinin qarşısında baş verib.  

Orta yaşlı kişi heykəl adam obrazında pantomim nömrələri ilə çıxış edən və bu bacarığına görə də hər kəsin diqqətini cəlb edən gənc aktyora sillə vurub. 

Bu isə ətrafdakıların hiddətinə səbəb olub. 

Görüntüləri təqdim edirik:

Heykəl adamı vurdular

# 7986
avatar

Nigar Namiq

Oxşar yazılar