Rusiyanın muzdlu qruplaşması “Vaqner”in lideri Yevgeni Priqojinin ölməzdən əvvəl sosial media hesabında lentə aldığı görüntü yayılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, görüntülərdə Priqojinin, “Məni məhv etməyi düşünən insanlar üçün danışıram, həyatımda hər şey yaxşıdır”, deməsi diqqət çəkib.
Görüntülərdə hərəkətdə olan bir avtomobilin içində görünən Priqojin, həmçinin “Yaşadığımı və necə olduğumu soruşanlar üçün, 2023-cü ilin avqust ayının həftə sonu və Afrikadayam”, deyib.
Qeyd edək ki, Priqojinin təyyarəsi avqustun 23-də Moskva yaxınlığında qəzaya uğrayıb. Nəticədə o, və bir neçə nəfər həlak olub.