Rusiyanın Kazan şəhərində həbsxanaya həşiş keçirmək istəyən “narkokuryer pişik” həbs olunub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, pişik 19 saylı cəzaçəkmə müəssisəsinin qapısına yaxınlaşaraq içəri girmək istəyib. Bu zaman həbsxana əməkdaşı onun içəri girməsinə mane olmaq istəməyib. Ancaq heyvanın boynundakı xalta diqqət çəkib.
Xalta açılandan sonra məlum olub ki, pişik həbsxanadakı sahibinə narkotik gətirib.
Pişiyi yemlədikdən sonra sahibinin kim olduğunun araşdırılmasına başlanılıb.