Nazilə bu dəfə kimə QARĞIŞ   etdi?: "Mənə həbs arzu edənlərin..."
25 iyul 2022 13:21 (UTC +04:00)

Nazilə bu dəfə kimə QARĞIŞ etdi?: "Mənə həbs arzu edənlərin..."

Şairə, tamada Nazilə Səfərli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

Lent.az xəbər verir ki, o, "Instagram"da paylaşdığı videoda onun barəsində xəbər paylaşanlara qarğış edib: 

"Haqqımda yalandan həbs xəbərləri paylaşmaqdan bezmədiniz? Mənə həbs arzulayırsınız? Özünüzə qismət olsun. Məni heç kim həbs etməyib, çünki heç bir cinayət etməmişəm. Ona layiq olanlar həbs olunacaq".

Qeyd edək ki, DİN-in mətbuat xidməti şairə Nazilə Səfərlinin Kəlbəcər rayonuna qanunsuz səfər etdiyinə görə inzibati həbs edilməsi barəsində məlumatların əsassız olduğunu bildirib. 

Nazilə Səfərli onlara qarğış etdi

# 3702
avatar

Nigar Namiq

Oxşar yazılar