"Mənim müəllimim Qəzənfər Abbasovdur" -  Əməkdar artist   - VİDEO
20 aprel 2022 16:04 (UTC +04:00)

"Mənim müəllimim Qəzənfər Abbasovdur" - Əməkdar artist - VİDEO

Əməkdar artist Nigar Şabanova sənətdə ona dəstək olan yeganə müəllimindən söz açıb.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı deyib: 


“Sənət aləmində mənim əziyyətimi təkcə Qəzənfər Abbasov çəkib. Muğamları bu insan mənə öyrədib. Bu gün də öyrədir. Qəzənfər müəllimin mənim ali təhsil almağımda da böyük rolu olub. İmtahanımın cavabı çıxana qədər müəllimim valideynlərim qədər nələr keçirib”.

Nigar aparıcının “Xalq artisti Mələkxanım Əyyubovanın sizin üzərinizdə əziyyəti varmı?” sualına da cavab verib: “Onun universitetdə adı olub ki, müəllimdir. Allah can sağlığı versin. Dəyərli sənətkardır. Allah bütün sənətkarlarımıza can sağlığı versin. Hər bir sənətkarların ifasından nəsə bəhrələnmişik. Bu gün Nəzakət Teymurovaya, Aygün Bayramovaya, Nuriyyə Hüseynovaya, Bəsti Sevdiyevaya və bir çox sənətkarlara qulaq asıram. Və o onların ifasından özümə qazanc olaraq nəsə götürürəm. Mənim sənətimdə zəhməti, əziyyəti olan insan, yeganə müəllimim Qəzənfər Abbasovdur. Mən bu gün onun haqqına girə bilmərəm. Allahdan qorxuram. Uşaqlıqdan bəri bir tək sənət müəllimim Qəzənfər Abbasovdur. Bütün dəsgahları, xalq mahnılarını, dəf çalmağı da o mənə öyrədib. Muğam müsabiqəsində hər həftə çıxış etdiyim muğam proqramlarını da o mənə öyrədib. Mən o insanın haqqına necə girə bilərəm? 


Əməkdar artist Yalçın Uğurun “Bəs niyə Nigar Şabanovanın adının yanında başqa xanəndə yox, Mələkxanım Əyyubovanın adı hallandı?” sualına da cavab verib: “O vaxt anlaşılmazlıq oldu. Bunu indi açıqlayım, bəlkə də dəyərli sənətkarımız Mələkxanım xanım da yanlış anlayıb. O vaxt 28 yaşımda Cümhuriyyətimizin 100 illiyində Əməkdar artist adına layiq görüldüm. Həmin vaxtda dəyərli sənətkarlarımız məni zəng edib təbrik etdilər. Həmin vaxtda da jurnalistin biri mənə zəng etdi, sual verdi ki, kimlər sizi təbrik etdi? Bəs niyə müəllimənizin adını çəkmədiniz? Mən də dedim ki, onu düz dediniz, gözümü yolda qoyan tək müəlliməm oldu. Bunu da elə başlıqla yazdılar ki, müəlliməmdən xoşa gəlməz cavab aldım. Bu gün mənim yaşım azdır, bir xəbər çıxan kimi qarşı tərəfə zəng edib soruşuram. Bir ustad kimi arada olan hörməti qorumaq istəyirdisə, zəng vurardı, məni danlayardı. Onda da mən də məsələni aydınlaşdırardım. Müəllimə məndən heçnə soruşmayıb, o başlığa inanaraq, mənə sərt cavab vermişdi. Sonra da dedi ki, valideyn də uşağı danlaya bilər. Valideyn məni cəmiyyət içində danlamır. Kütlə içərisində övladına yaraşmayan sözü demir. O cür cavabı müəlliməmə də yaraşdırmadım. Hər kəsin bir qüruru var. Böyük böyüklüyünü elə şəkildə qorusun ki, balacanın ona cavab qaytarmasına məcbur etməsin. Hər şey bir yerə qədərdir. Balaca uşağa da dönə-dönə acıqlananda, bir gün sənə cavab qaytarır. Danışa bilməyən uşaq qışqırır. Körpə uşaq belə öz qürurunu göstərir və deyir ki, sən mənə çox qışqıra bilməzsən. Nə olsun ki, böyüksən?”  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Yalçın UĞUR

Oxşar yazılar