Karantində toy
17 may 2021 14:41 (UTC +04:00)

Karantində toy

Maştağada "TOY ƏMƏLİYYATI": 30-u uşaq olmaqla 70 nəfər saxlanıldı -VİDEO

Bakının Maştağa qəsəbəsində toy məclisi təşkil edənlər cərimələniblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub. Həmin ünvana baxış zamanı məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

Bakıda toy edənlər cərimələnib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8643
avatar

Mehman Nəbiyev

Oxşar yazılar