Mariupoldan  DƏHŞƏTLİ KADRLAR  : küçələr meyitlə doludur - VİDEO
20 aprel 2022 16:51 (UTC +04:00)

Mariupoldan DƏHŞƏTLİ KADRLAR : küçələr meyitlə doludur - VİDEO

Ukraynanın müdafiəsində iştirak edən “Azov” alayının "Telegram" kanalında Mariupol şəhərinin görüntüləri paylaşılıb.

Lent.az xəbər verir ki, görüntülərdə hərbi əməliyyatlar nəticəsində şəhərin xarabalığa çevrilməsi, küçələrdə insan meyitləri və s. əks olunub.

“Azov” alayından bildirilib ki, Mariupolda gecə-gündüz döyüşlər davam edir:

“Şəhəri qoruyub saxlaya bilirik. Mariupol elə olmalıdır ki, xoşbəxt gələcəyə ümid bəsləsin, tanınmamış respublikaların onsuz da ölmüş çoxsaylı şəhərlərindən birinə çevrilməsin”.

"Azov" alayının komandiri Svyatoslav Kalina Palamar bildirib ki, Rusiya ordusu bəzi məlumatlara görə, səhra xəstəxanasının ərazisinə və mülki şəxslərin, o cümlədən uşaqların olduğu yerlərə 3 tona qədər ağır bomba atıb.

Mariupolun meri Vadim Boyçenko isə yerli sakinləri şəhəri tərk etməyə çağırıb.

Qeyd edək ki, bu gün Mariupolda növbəti humanitar dəhlizin yaradılması planlaşdırılır.

Mariupol şəhərinin görüntüləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053
avatar

Oxşar yazılar