Tehranda bir qadın "Twitter"də paytaxtın magistral yollarında motosikletli bir kişinin onun avtomobilinə ziyan vurması barədə video paylaşıb.
Lent.az xəbər verir ki, qadının sözlərinə görə, hadisə iyulun 17-də baş verib. O, hadisənin necə baş verməsi barədə paylaşımında yazıb:
"İran İslam Respublikasında adi bir gün! Bu adam bir neçə dəfə qarşıma çıxıb yolumu kəsdi və avtomobildən enməyimi tələb etdi. Mən isə çətinliklə qaça bildim. Polis də bildirdi ki, qəza yerində olmadığım üçün heç nə etmək mümkün deyil. Motosikletin nömrəsi də maska ilə örtülüb”.
Qeyd edək ki, İranda son aylarda hicaba riayət etmək bəhanəsi ilə və ya əşyalarını oğurlamaq üçün küçələrdə qadınlara qarşı zorakılıq halları xeyli artıb.