Qazaxıstanın Talıqurkan şəhərində Əlillərin İctimai Birliyi qeyri-adi təşəbbüs göstəriblər.
Lent.az xəbər verir ki, şəhərin icra başçısı təşkilatın təklifi ilə əlil arabasına əyləşdirilib. Daha sonra o, yeni təmirdən çıxan küçələrdə araba ilə gəzməyə başlayıb. Bu zaman başçı müxtəlif çətinliklərlə üzləşib və hətta yıxılıb.
İctimai Birliyin bu təklifdə məqsədi sözün əsl mənasında yeni küçələrin əlillərə uyğunluğunun birinci icra başçısının sınaqdan keçirməsi olub.
Maraqlı görüntüləri təqdim edirik: