Gürcüstan-Rusiya yolu yenidən bağlanıb.
Lent.az xəbər verir ki, bu dəfə Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolda dağ uçqunu olub. Uçqun intensiv yağışlar nəticəsində baş verib. Nəticədə “Kazbegi” gömrük-keçid məntəqəsi bağlanıb.
Müvafiq tədbirlər görülənə qədər Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Həmin anların görüntülərini təqdim edirik: