Bu gün Lent.az dadı damağınızda qalacaq qiyməli pide reseptini və hazırlanma qaydasını sizə təqdim edir.
Qeyd edək ki, pideni "Chef Baku by Kunefe" restoranının aşpazı hazırlayıb. Bunu evdə də hazırlamaq mümkündür.
Xəmir üçün lazım olacaq ərzaqlar:
1 stəkan ilıq su;
1 stəkan qatıq;
3 stəkan un;
2 çay qaşığı şəkər tozu;
2 çay qaşığı maya;
1 silə çay qaşığı duz;
6 yemək qaşığı duru yağ.
Qiyməsi üçün:
300 qram qarışıq qiymə;
2 ədəd soğan;
3 ədəd təmizlənmiş pomidor;
2 ədəd acı bibər;
1 qaşıq yarım tomat;
1 qaşıq pul bibər, qırmızı istiot, duz, üstünün bəzəyi üçün isə yarım dəstə cəfəri lazım olacaq.
Keçək hazırlanma qaydasına. Pide xəmirini yoğurarkən formasını ələ yapışmayan şəkildə saxlamaq lazımdır. Pide xəmirininin incə nöqtəsinin ən əsas qaydası xəmiri yoğurduqdan sonra, mayasının özünü tutması üçün yaxşıca gözlədilməlidir. Qiyməsini hazırlayanda çalışın, ərzaqları xırda-xırda doğrayasınız.
Daha sonra portağal böyüklükdə kündə oxlovla uzun formada açılır. Ortasına içliyi tökülür, qıraqları 2-3 santimetr qatlanır. Uc hissələr bükülüb birləşdirilir. Sobada 250 dərəcədə qıraqları qızarana qədər bişməlidir. Pide çıxandan sonra qıraqlarına yağ sürtməyiniz məsləhətlidir.
Nuş olsun!