“Onun yerini heç kəs verə bilməz. Heç vaxt ağlıma gəlməzdi ki, tək qalacağam”.
Bunu tanınmış klarnet ifaçısı Vaqif Mirzəyev qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Lent.az xəbər verir ki, o, mərhum həyat yoldaşı və keçmiş xatirələri barədə danışarkən kövrəlib.
“2016-cı ildə rəhmətə getdi, 6 il əvvəl. Birlikdə 42 illiyimizi keçərəcəkdik. Bu yaşda insana qalan xanımıdır. Atalar sözü var: “Kişi arvaddan, uşaq da anadan yetim qalar”. Həyatdır da, heç nəyi bilmək olmur. Həyatda mümkün qədər yaxşılıq etmək lazımdır”, - ifaçı bildirib.
Videonu təqdim edirik: